Milli dadlar

Hörmətli istifadəçilər,
Sizi "Milli dadlar" layihəsində görməkdən məmnunuq.


Azərbaycan Turizm Bürosunun (ATB) tərəfindən həyata keçirilən "Milli dadlar" layihəsi müxtəlif regionlara xas yerli mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır. Layihənin məqsədi bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir. Məlumat bazasına aidiyyatı üzrə elmi materiallardan və birbaşa regionlardakı əhalidən müvafiq informasiyalar əlavə ediləcək.

Millidadlar.az portalı layihənin məlumat bazalarından biri kimi çıxış edəcək. Aşağıda qeyd edilən qısa suallara cavab verməklə, ölkəmizin milli mətbəx nümunələrini bizimlə bölüşə bilərsiniz. Beləliklə, milli mətbəximizdə unudulmaq təhlükəsi olan yemək və inqrediyentlər, onların hazırlanma və təqdim edilməsi ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək ola bilərsiniz.

"Milli dadlar" layihəsinin bir il davam edəcəyi nəzərdə tutulub və layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

Ad və Soyadınız
E-mail ünvanınız
Zəhmət olmazsa, yemək və ya inqrediyentin məxsus olduğu regionu qeyd edin:
Zəhmət olmazsa, yeməyin hazırlandığı və ya inqrediyentin əldə olunduğu məkanları qeyd edin:
Zəhmət olmazsa, yemək və ya inqrediyenti təsvir edin
Yemək və ya inqrediyentin şəkilini əlavə edin
Əlaqə nömrəsi:
Məlumat bazasına daxil edilən informasiya ATB tərəfindən qorunur.