Logo
resepti göndər
Menyunu dəyişdir
  • Ana səhifə
  • Haqqımızda
  • Reseptlər

Qaydalar və şərtlər

Qaydalar və şərtlər

Cari “Qaydalar və şərtlər” Millidadlar.az veb-saytından (bundan sonra “veb-sayt”) istifadə qaydalarını əhatə edir. Veb-sayta daxil olmaqla bu şərtləri tam şəkildə qəbul etdiyinizi təsdiqləmiş olursunuz. Azərbaycan Milli Kulinariya Mərkəzi (bundan sonra “AMKM”) istənilən zaman bu şərtləri yeniləyə bilər. İstifadəçilər müntəzəm olaraq yenilənmiş şərtləri yoxlamalı və əməl etməlidirlər.

Əqli mülkiyyət hüquqları

Veb-sayt və onun bütün yazılı, qrafik və multimedia məzmunları, həmçinin əmtəə nişanları (loqolar və s.) Azərbaycan Milli Kulinariya Mərkəzinin mülkiyyətindədir və müəlliflik hüquqları ilə qorunur. Veb-saytda təqdim olunan materiallardan yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə edilə bilər.

AMKM-nin əvvəlcədən yazılı razılığı olmadan məzmunun ticari məqsədlərlə nüsxələrinin çıxarılması, çoxaldılması və ya yayılması qəti qadağandır. Təhsil, araşdırma və qeyri-kommersiya xarakterli digər məqsədlər üçün məzmunun istifadəsinə yalnız müəllif hüququ sahibinin razılığı ilə, mənbə göstərilməklə icazə verilir.

İstifadəçilərə qoyulan qadağalar

İstifadəçilərə aşağıdakı fəaliyyətlər xüsusilə qadağan edilir:

  • Məzmunun kommersiya məqsədləri üçün istifadəsi;
  • AMKM-nin nüfuzuna və maraqlarına zərər vuran fəaliyyətlərdə istifadə;
  • Veb-saytın fəaliyyətinə və digər istifadəçilərin istifadəsinə mane olan fəaliyyətlər;
  • Qanunsuz və ya etik olmayan məqsədlər üçün veb-saytdan istifadə;
  • Məlumatların avtomatik üsullarla çıxarılması, toplanması və yayılması;
  • Veb-saytı hər hansı reklam və marketinq fəaliyyəti üçün istifadə etmək.

Şəxsi məlumatların qorunması

AMKM ziyarətçilər barədə yalnız statistik məqsədlər üçün anonim məlumat toplayır. İstifadəçilərin təqdim etdiyi şəxsi məlumatlar qanunvericilik tələblərinə uyğun olaraq qorunur və yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilir (daha ətraflı məlumat üçün Məxfilik siyasətinə baxın).

Veb-saytın düzgün işləməsi üçün kukilərdən istifadə olunur (daha ətraflı məlumat üçün Kuki siyasətinə baxın).

İmtina

AMKM veb-saytın istifadəsi nəticəsində istifadəçilərin avadanlıq və proqram təminatına dəymiş hər hansı ziyana görə məsuliyyət daşımır.

AMKM təqdim olunan məlumatların dəqiqliyinə və aktuallığına zəmanət verməyə çalışsa da, məzmunun hər hansı səhvi və ya qeyri-dəqiqliyi üçün məsuliyyət daşımır və məzmunu əvvəlcədən xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır.

Veb-saytda digər mənbələrə keçidlər verilə bilər. AMKM bu xarici mənbələrin məzmunu, fəaliyyəti və məxfilik siyasətinə görə məsuliyyət daşımır.

Zərərin ödənilməsi

İstifadəçilər bu şərtlərin pozulması nəticəsində yaranan bütün hüquqi məsuliyyət, zərər, xərclər və tələblərdən AMKM-ni tamamilə azad etməyə razılıq verirlər.

Tətbiq olunan qanunvericilik və yurisdiksiya

Bu şərtlər Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir və yaranan mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur.

Bülletenimizə

abunə ol

Ana səhifəHaqqımızdaMəxfilik siyasətiReseptlərQaydalar və şərtlərKukilər siyasəti

Ünvan:

Süleyman Vəzirov 22
AZ1025, Azərbaycan, Bakı
(+99412) 464-22-10
(+99450) 502-21-11

Millidadlar.az © Bütün hüquqlar qorunur 2025

Veb-sayt MegaSec tərəfindən hazırlanıb.