Haqqımızda

Haqqımızda

Logo
resepti göndər
Menyunu dəyişdir
  • Ana səhifə
  • Haqqımızda
  • Reseptlər

Milli Dadlar

 Azərbaycan Milli Kulinariya Mərkəzi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.1991-ci il tarixli qərarı ilə yaradılan, 2018-ci ildən Dövlət Turizm Agentliyinin tabeliyində ölkəmizin zəngin mətbəx ənənələrinin qorunması, inkişaf etdirilməsi və təbliğ olunması məqsədilə fəaliyyət göstərən dövlət müəssisəsidir. 
Mərkəz, milli mətbəx nümunələrinin toplanması, unudulmuş nümunələrin bərpa edilməsi, milli mətbəx mədəniyyətinin qorunması, təbliği, tanıdılması və milli mətbəx irsinin gələcək nəsillərə düzgün şəkildə ötürülməsini təmin etmək istiqamətində layihələr həyata keçirir. Həmçinin qlobal kulinariya təşkilatları ilə təcrübə mübadiləsinin aparılması və qastroturizmin inkişafı sahəsində həyata keçirilən müxtəlif layihələrin dəstəklənməsi prioritet istiqamətlərdən hesab olunur.
Həyata keçirilən müxtəlif layihələr çərçivəsində yerli və xarici turistlərə unikal mətbəx təcrübələri təqdim olunur, milli mətbəxin ənənəvi ləzzətləri və müasir kulinariya texnikalarının tətbiqi ilə zənginləşdirilmiş nümunələrin tanıdılması dəstəklənir. Bununla da yerli və beynəlxalq səviyyədə mədəniyyətlərarası əlaqələrin qurulmasına, ölkəmizə turist axınının artırılmasına töhfə vermək hədəflənir.
“Milli Dadlar” layihəsi Azərbaycan mətbəxinin zənginliyini və müxtəlifliyini nümayiş etdirən bir təşəbbüs kimi hər bir region üzrə yerli mətbəxlərin özünəməxsusluğunun geniş kütləyə təqdim olunmasında vasitəçi rolunu oynayır.
Layihə çərçivəsində bütün iqtisadi-coğrafi regionlar üzrə müxtəlif yaş kateqoriyasından mindən çox respondentlə sorğu aparılıb. Sorğu prosesində toplanmış məlumatlar emal olunaraq ilkin məlumatlar bazasında yerləşdirilib və kateqoriyalaşdırılıb.
Regional mətbəxlərin xüsusiyyətləri və ənənələri, yerli məhsulların istifadəsi və hazırlanma üsulları, yemək, qəlyanaltı, şorba, şirniyyat, turşu, mürəbbə və s. kimi əsas təsnifatlar üzrə mətbəx nümunələri bölgələrə uyğun olaraq portalda öz əksini tapır. 

 

 

Azərbaycan: Bir daha bax

Bülletenimizə

abunə ol

Ana səhifəHaqqımızdaMəxfilik siyasətiReseptlərQaydalar və şərtlərKukilər siyasəti

Ünvan:

Süleyman Vəzirov 22
AZ1025, Azərbaycan, Bakı
(+99412) 464-22-10
(+99450) 502-21-11

Millidadlar.az © Bütün hüquqlar qorunur 2025

Veb-sayt MegaSec tərəfindən hazırlanıb.