Logo
resepti göndər
Menyunu dəyişdir
  • Ana səhifə
  • Haqqımızda
  • Reseptlər

Kukilər siyasəti

Kukilər siyasəti

Azərbaycan Milli Kulinariya Mərkəzi (bundan sonra "AMKM") qurumun rəsmi veb-saytı olan millidadlar.az vasitəsilə istifadəçilərə müvafiq və yeni məlumatlar çatdırır. Təqdim olunan məlumatlar istifadəçilərin ehtiyac və tələbatına əsasən uyğunlaşdırılır. Toplanan şəxsi məlumatların anonimliyi qorunur, istifadəçilər üzərində heç bir müşahidə aparılmır və məlumatlar üçüncü şəxslərə ötürülmür.

Kuki fayllar nədir?

Kuki (cookie) fayllar istifadəçilərin internetə daxil olduğu cihazlarda əksər veb-saytlar vasitəsilə saxlanan kiçikhəcmli mətnlərdir. Kuki faylların saxlanması ilə bağlı qərar yalnız istifadəçidən asılıdır. İstifadəçi brauzer vasitəsilə kuki faylların saxlanmasını məhdudlaşdıra və ya bu faylları silə bilər.

Kuki faylların növləri

  1. Sessiya kuki faylları

Bu kuki fayllar veb-saytın müvafiq şəkildə fəaliyyəti üçün lazımi alətlərdən istifadə imkanı verir. Bu fayllar olmadan veb-saytda mövcud olan xidmətlərin fəaliyyətində maneələr müşahidə oluna bilər.

  1. Daimi kuki fayllar

Bu növ kuki fayllar gələcəkdə veb-saytdan istifadə təcrübəsini mükəmməlləşdirmək məqsədilə istifadəçilərin fəaliyyəti barədə məlumatları (məsələn, ən çox ziyarət olunan səhifələr) saxlayır.

  1. Funksional kuki fayllar

Bu kuki fayllar vasitəsilə veb-sayt istifadəçinin tərcihləri və cihaz parametrləri barədə məlumatları (məsələn, dil, region) toplayır və genişləndirilmiş şəxsi funksiyalar təqdim edir.

  1. Hədəf və reklam kuki faylları

Bu kuki fayllar reklam nümayişini optimallaşdırmaq, təkrarlanan reklamların qarşısını almaq və reklam effektivliyini qiymətləndirmək üçün üçüncü tərəflər tərəfindən istifadə edilir.

Kuki fayllar niyə lazımdır?

Əksər veb-saytlar kuki fayllardan istifadə edir, çünki onlar istifadəçilərə onların maraq və tərcihlərinə uyğun məzmun təqdim edir. Həmçinin kuki fayllar vasitəsilə veb-saytın statistik məlumatları toplanır və istifadəçilərə təqdim olunan reklamların effektivliyi dəyərləndirilir.

Bülletenimizə

abunə ol

Ana səhifəHaqqımızdaMəxfilik siyasətiReseptlərQaydalar və şərtlərKukilər siyasəti

Ünvan:

Süleyman Vəzirov 22
AZ1025, Azərbaycan, Bakı
(+99412) 464-22-10
(+99450) 502-21-11

Millidadlar.az © Bütün hüquqlar qorunur 2025

Veb-sayt MegaSec tərəfindən hazırlanıb.