Əvvəlcə içlik hazırlanır: quzu əti soğanla birgə ətçəkən maşından keçirilir, ona duz, istiot və nar dənələri qatılır.
Tərkibi un, duz və sudan ibarət xəmir yoğrulur, kəsilib kündələnir və yayılaraq kasa ölçüsündə kəsilir. Hazır içlik dairəvi xəmirin yarısına yayılır və xəmirin yarı hissəsi ilə üstü örtülür. Qutab sacda və ya tavada bişirilir. Hazır olduqda üzərinə kərə yağı çəkilir. Süfrəyə verilərkən üzərinə sumaq səpilir.