Badımcan yuyulub soyulur, uzun dilimlər şəklində doğranır və acısı çıxmaqdan ötrü duzlu suda saxlanır. Sonra sıxılır və hər iki tərəfi yağda qızardılır. Pomidorlar yuyulub soyulur, halqavari doğranır. Təmizlənmiş sarımsaq xırda doğranır. Tavada düzülmüş badımcan layının üstündən pomidor yığılır və sonda sarımsaq səpilir, duz-istiot vurulur. Yemək qapağı bağlı halda vam odda 15-20 dəqiqə bişirilir.