Logo
resepti göndər
Menyunu dəyişdir
  • Ana səhifə
  • Haqqımızda
  • Reseptlər
Sürhüllü
Sürhüllü

Sürhüllü

Hazırlanma müddəti

1,5 saat

Bişirilmə müddəti

2 saat

Hazırlanma çətinliyi

Çətin

Tərkibi

200 q Qaxac ət

150 q Quru bağırsaq

600 q Buğda unu

300 ml Su

50 q Alça və ya zoğal turşusu (mət)

60 q Kərə yağı

3 q Sarımsaq

15 q Duz

Hazırlanma üsulu

Əvvəlcə qaxac ət və qurudulmuş bağırsaq (içi ətlə doldurulub qurudulur) yuyulur, üzərinə su əlavə olunur və ocağa qoyulur. Daha sonra un, su və duz ilə xəmir yoğrulub 20 dəqiqə dincəlməyə qoyulur. Yumşalmış xəmir qalın yayılır, ərsinlə uzununa lent şəklində, daha sonra eninə 2-2,5 sm kəsilir. Unlanır və barmaqla eşilir. Qaynayan suya duz və sürhüllü xəmirləri əlavə olunub bişirilir. Hazır olduqda, süzgəclə sudan çıxarılır, boşqaba yığılır. Üzərinə ət və bağırsaq qoyulur, işgənə əlavə olunur. Süfrəyə sarımsaqlı turşu və kərə yağı ilə verilir.

Bülletenimizə

abunə ol

Ana səhifəHaqqımızdaMəxfilik siyasətiReseptlərQaydalar və şərtlərKukilər siyasəti

Ünvan:

Süleyman Vəzirov 22
AZ1025, Azərbaycan, Bakı
(+99412) 464-22-10
(+99450) 502-21-11

Millidadlar.az © Bütün hüquqlar qorunur 2025

Veb-sayt MegaSec tərəfindən hazırlanıb.