Alma (qızıləhmədi sortu) yuyulur, dilimlənir, süfrənin üzərinə sərilərək, 10-12 saat qurudulur. Sonra qazana yığılır, üzərinə şəkər tozu tökülür, orta dərəcədə bişirilir. Hazır olana yaxın qazana qoz ləpəsi əlavə olunur və bişmə prosesi təqribən 1 saatadək davam etdirilir.