Bərk konsistensiyalı, iri gilas sortlarından hazırlanır. Çəyirdəyi təmizlənir, bəzən çəyirdəyin yerinə xırda qoz ləpəsi qoyulur. Üzərinə şəkər tozu əlavə edilir, sulanması üçün 3-4 saat saxlanır. Vam odda 8-10 dəqiqə qaynadılır və kəfi yığılır, soyuduqdan sonra yenidən ocağa qoyulur. Fasilələrlə 2-3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu əlavə edilir. Suyu qatılaşıb, rəngi bir qədər tündləşdikdə ocaqdan götürülür.